Ben Afflek Lindseydən ikinci dəfə ayrıldı


Digərləri 12 Apr 2019 20:15:00 332 0

Ben Afflek Lindseydən ikinci dəfə ayrıldı

"ET Online" 46 yaşlı aktyor Ben Afflekin Lindsey Şukusdan ayrılma xəbərini yayıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, bu, cütlüyün ilk ayrılığı deyil. Onlar ötən ilin avqustunda da ayrılmış, qısa vaxtdan sonra barışmışdılar. Həmin vaxt ayrılığa səbəb Benin "Playboy"un modeli Şon Sekstonla eşq yaşaması olmuşdu.  İndiki ayrılığa səbəb isə Afflekin reabilitasiya mərkəzinə getməkdən imtina etməsi olub. "Onlar bir-birini sevir. Amma birlikdə xoşbəxt ola bilmədiklərini anladılar", - mənbə qeyd edib.  Qeyd edək ki, teleprodüser işləyən Şukus Nyu-Yorkda yaşayır. Afflek isə çox vaxt Los-Ancelesdə olur. Aktyor uşaqlarının böyüdülməsinə çox vaxt ayırmağa çalışır.