Qadınlar zeytun, kişilər isə əncir yeməlidir,


Digərləri 12 Apr 2019 20:10:00 286 0

Qadınlar zeytun, kişilər isə əncir yeməlidir,

Aparılan tibbi araşdırmalar sayəsində bəlli olub ki, meyvə və tərəvəzlərin formaları onların faydalı olduğu insan orqanlarına bənzəyir.

Son.az həmin qidaları təqdim edir.

Əncir

Kişilərin cinsiyyət orqanına bənzəyir. İçi toxumludur və ağacda cüt şəkildə yetişir. Əncir sperma sayının və aktivliyinin artmasını təmin edir və sonsuzluqla bağlı problemlərdə istifadə olunur.

Zeytun

Qadınların yumurtalıqlarına bənzədilir. Zeytun yumurtalıqların sağlamlığı və funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

Soğan

Bədənin hüceyrələrinə bənzədilir. Soğan sərbəst radikalları neytrallaşdıraraq hüceyrələrin zərər görməsinin qarşısını alır.

Paxla

Paxlanın dənələri böyrəklərin quruluşuna çox oxşayır. Paxla böyrəyin funksiyalarını yaxşılaşdırır.

Qoz

Bütünlüklə beyinə bənzəyir. Tərkibində olan Omeqa 3, vitamin və minerallar beynin funksiyalarının yaxşılaşmasında rol oynayır.

Badımcan, avokado, armud

Bu bitkilər ortadan ikiyə bölünəndə qadın bətninə bənzəyir.

Bu qidaların balanslı şəkildə istifadə olunması hormonal balansı yaxşılaşdırır və bətndə zərərli hüceyrələrin, xərçəngin yaranmasına mane olur.