“Gedib evdə iynə vurdurdum”


Digərləri 12 Apr 2019 19:45:00 226 0

“Gedib evdə iynə vurdurdum”

Şəkidə avtomobillə piyadanı vurub qaçan şəxs saxlanılıb. Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. O, saxlanılaraq idarə etdiyi "VAZ-2170" markalı avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib. Təvəkkül Qasımov - Saxlanılan şəxs: "Aşağıdan yuxarı gəlirdim, elə bir anda çatdım ki, daha heç nə edə bilmədim. Bircə səsi eşitdim. Oradan necə getdiyimi xatırlamıram. Pis hala düşdüm, gedib evdə iynə vurdurdum. Koma vəziyyətində idim". Qeyd edək ki, aprelin 10-u saat 23 radələrində M.Ə.Rəsulzadə prospektində avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurub və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Hazırda faktla bağlı araşdırma davam edir. Hadisəni törədən Təvəkkül Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar