Sağlam olmaq istəyirsiniz?


Digərləri 12 Apr 2019 19:50:00 207 0

Sağlam olmaq istəyirsiniz?

İsti və ilıq bir duş almaq insanı nə qədər rahatlatsa, üşüməsini aradan qaldırsa da, soyuq duş almağın orqanizmə daha çox faydaları var. İlk əvvəl bu çətin olsa da bədən tədricən öyrəşir. 

Son.az medicina.az-a istinadən soyuq duşun faydalarını açıqlayır:  

İnsanın psixikasını yaxşılaşdırır

Stressinizi aradan qaldırmaq istəsəniz yaxşısı budur soyuq bir duş alın. Bu, sizin əsəblərinizi sakitləşdirəcək və ruh düşkünlüyünüzü aradan qaldıracaq. Səbəbi soyuq suyun depressiya ilə mübarizə edən norepinefrin hormonunu əmələ gətirən beyində yerləşən mavi nöqtəsinə təsir etməsidir. 

Dərinizə və saçınıza müsbət təsir edəcək

Çox isti su ilə çimmək saçların pH balansını pozur. Əsasən də quru dərinin daha da qurumasına səbəb olur. Bu vəziyyət saç dərisinə də aiddir.  Onlar daha çox yağlanır və kəpəklənir. Ancaq soyuq su, saç folikullarını və məsamələri bağlayır. Bunun sayəsində saçlarınız parlayacaq və daha gec kirlənəcək. 

Daha sürətlə arıqlayacaqsınız