"Qardaşım da daxil olmaqla, ölənləri geri qaytara bilməyəcəyik"


Kriminal 12 Apr 2019 19:23:00 65 0

"Qardaşım da daxil olmaqla, ölənləri geri qaytara bilməyəcəyik"

25 xəstənin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində yanğında ölən hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşı, ixtisasca həkim olan Azər Sadəddinov çıxış edib.

Murad Sadəddinov deyib ki, heç kimə qarşı şikayət və tələbi yoxdur, ancaq dövlət orqanlarının bu cür hadisələrdən nəticə çıxarmalıdır: "Bugünlərdə Bakıda yenə də böyük bir yanğın oldu, böyük bir ticarət mərkəzi məhv oldu. Elə bu ərəfədə mərkəzdə - Beşmərtəbə tərəfdə də yanğın vardı. Nə qədər o tərəf-bu tərəfə baxdım, yanğınsöndürən görmədim. Qardaşım da daxil, ölənləri geri qaytara bilməyəcəyik. Heç olmasa, səhiyyə və başqa dövlət orqanları nəticə çıxarsınlar".

Prosesdə yanğında qardaşı Akifi itirmiş zərərçəkən Arifə Abbasova prokurorun istədiyi cəzalardan narazı qalıb. Deyib ki, necə olur, Məhəmməd Məmmədovu yanğını törətməkdə təqsirli bilib ona ömürlük həbs, amma onu oğlunun göstərişilə orada saxlayan şöbə müdiri Afət Məmmədovaya şərti cəza verilməsini istəyir: "Əgər Məhəmmədə ömürlük həbs veriləcəksə, onda Afət Məmmədova da həbs olunsun".

Zərərçəkən hesab edir ki, M.Məmmədovun yanğını törətməsi məhkəmədə sübuta yetirilməyib: "Əgər məhkəmə də prokurorun istədiyi kimi hökm versə, mən razılaşmayacağam. Apellyasiya şikayəti verəcəm, prezidentə yazacağam".

Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili də ona qarşı ittihamın sübuta yetirilmədiyini deyir: "Dövlətimizi sarsıtmaq istəmiriksə, günahsız, ahıl bir adam törətmədiyi cinayətə görə cəzalandırılmamalıdır".

Müdsfiəçi deyib ki, Məhəmməd bu cinayəti törətmiş olsaydı belə, prokurorun ona ömürlük həbs cəzası istəməsi doğru deyildi. Çünki Azərbaycanda qanun 65 yaşlı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir.

Mərkəzin əməyin mühafizəsi üzrə mühəndisi olmuş Mahir Abdullayevin vəkili Elnur Məmmədov da müvəkkilinin günahsız olduğunu deyir: "Bu hadisə cəmiyyətdə səs-küy yaratdığına görə gözdən pərdə asmaq üçün Mahir Abdullayevi də qurban seçiblər. İttihamda yazılanlar söz yığınından başqa bir şey deyil".

ABŞ-da təyyarə beysbol meydançasına düşdü like
  • 12 Apr 19:16  
Digərləri ABŞ-da təyyarə beysbol meydançasına düşdü

ABŞ-ın Konnektikut ştatında yüngülmühərrikli təyyarə məktəbin beysbo

arrow Ətraflı
Fransanın məşhur qəzetləri Naftalan neftindən yazıb like
  • 12 Apr 19:10  
Digərləri Fransanın məşhur qəzetləri Naftalan neftindən yazıb

Azərbaycanda neft sağlamlıq deməkdir. Azərbaycanın şimal qərbində yerl

arrow Ətraflı
“Təsadüfi” qəsd  Məcburi köçkünlərin yataqxanası yandırılıb?  VİDEO like
  • 12 Apr 19:00  
Digərləri “Təsadüfi” qəsd Məcburi köçkünlərin yataqxanası yandırılıb? VİDEO

Məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı şübhələr

arrow Ətraflı
Kəmaləddin Heydərov icra başçıları ilə operativ müşavirə keçirdi like
  • 12 Apr 18:57  
Digərləri Kəmaləddin Heydərov icra başçıları ilə operativ müşavirə keçirdi

Şamaxı şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin

arrow Ətraflı
Saray qəsəbəsində qanunsuz tikili söküldü like
  • 12 Apr 18:37  
Digərləri Saray qəsəbəsində qanunsuz tikili söküldü

Abşeron Rayon İcra Hakimiyyəti rayonun Saray qəsəbəsində fərdi yaşayı

arrow Ətraflı
Real-ın skautları Benfica - Leipzig matçını izləyib like
  • 12 Apr 18:32  
İdman Real-ın skautları Benfica - Leipzig matçını izləyib

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində ke&ccedi

arrow Ətraflı