Fransanın məşhur qəzetləri Naftalan neftindən yazıb


Digərləri 12 Apr 2019 19:10:00 225 0

Fransanın məşhur qəzetləri Naftalan neftindən yazıb

Azərbaycanda neft sağlamlıq deməkdir. Azərbaycanın şimal qərbində yerləşən Naftalan şəhəri xam neftdən müalicəvi istifadəsinə görə məhşurdur.

Bu Fransanın məşhur qəzetlərindən olan "Liberation" və "Lexpress" qəzetlərində yazılır.

Son.az Trend-ə istinadən bildirir ki, məqalədə deyilir: "Polartirit, artirit xəstəliklərindən əziyyət çəkən insanlar bura müalicə məqsədilə gəlir, dediklərinə görə 10 günlük müalicədən sonra dərmandan istifadə kifayət qədər azalır və özlərini əla hiss edirlər. Bu qeyri-adi spa məkanı Qafqazda, dondurulmuş münaqişə olan Dağlıq Qarabağ ərazisindən bir neçə kilometr aralıda yerləşir. "Bu Allahın hədiyyəsidir", 48 yaşlı müalicə olunan Rüfət deyir.