Real-ın skautları Benfica - Leipzig matçını izləyib


İdman 12 Apr 2019 18:32:00 284 0

Real-ın skautları Benfica - Leipzig matçını izləyib

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən Benfica - Leipzig oyununu izləyənlər arasında Real-ın skautları da olub.

Goal.az-ın AS nəşrinə istinadən məlumatına görə, "kral klubu"nun nümayəndələri qonaqların hücumçusu Luka Yoviçin oyununa tamaşa ediblər.

Rəsmilər onunla yanaşı, Benfica-nın yarımmüdafiəçisi Joao Feliksin də çıxışına göz gəzdiriblər. Skautların hər iki futbolçu barədə rəhbərliyə müsbət raport təqdim etdiyi bildirilib.

Qeyd edək ki, Benfica-nın 4:2 hesabı ilə qalib gəldiyi görüşdə Feliks het-trik, Yoviç isə 1 qolla yadda qalıb.