On illik övlad həsrətinə son qoyuldu


Digərləri 12 Apr 2019 18:13:00 303 0

On illik övlad həsrətinə son qoyuldu

Uzun illərdən bəri övlad həsrətində olan ailə nəhayət ki, körpə sevinci yaşayıb. Qadın 11 uğursuz hamiləlikdən sonra ana olmaq səadətinə qovuşub.

Son.az bildirir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, həmin qadın mərkəzə müraciət edəndə ümidsiz vəziyyətdə olub. Ginekoloq-endokrinoloq Pərvin Nəbiyeva müalicənin gedişi barədə qısaca olaraq bunları söyləyib: "Lazımi müayinələr aparıb problemin bir neçə səbəbini aşkar etdik, düzgün müalicə taktikasını seçib müsbət nəticəyə nail olduq: Çəkisi 3 kiloqram olan sağlam körpə dünyaya gəldi".