İcra başçısının müavini prokurorluqda


Digərləri 12 Apr 2019 17:53:00 205 0

İcra başçısının müavini prokurorluqda

162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Son.az unikal.org-a istinadən xəbər verir ki, sözügedən cinayət işi ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb.

Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən unikal.org-a təsdiqləyiblər.