Keçmiş hərbçi slovak jurnalistin qətlini boynuna alıb


Dünya 12 Apr 2019 17:45:00 253 0

Keçmiş hərbçi slovak jurnalistin qətlini boynuna alıb

Slovakiyada keçmiş hərbçi araşdırmaçı jurnalist Yan Kuçiakı qətlə yetirdiyini etiraf edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Slovakiyanın bir neçə mətbu orqanı məlumat yayıb. Məlumatda qeyd edilir ki, keçmiş hərbçi M.Miroslav beş saat davam edən dindirilmədən sonra jurnalisti odlu silahla qətlə yetirdiyini boynuna alıb.

İstintaqın gedişatına xələl gətirməmək üçün prokurorluq bu mövzuda heç bir şərh verməyib. Mart ayında polis orqanları slovak biznesmen və milyonçu Marian Koçneri bu qətli sifariş verməkdə ittiham edib. Qeyd edilməlidir ki, keçən il qətllə bağlı bir neçə şəxs, o cümlədən Koçnerin tərcüməçisi də həbs olunmuşdu. Hazırkı etirafın həmin biznesmenlə əlaqəli olub-olmadığına isə hələlik aydınlıq gətirilməyib.