Problemli kreditlər üzrə təzminat alacaq vətəndaşların siyahısı və vaxt dərc olunacaq?


Digərləri 12 Apr 2019 17:32:00 267 0

Problemli kreditlər üzrə təzminat alacaq vətəndaşların siyahısı və vaxt dərc olunacaq?

Maliyyə Bazarlarına Nəzarət Palatası aprelin 15-dən sonra problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Palatadan məlumat veriblər.

Siyahı qurumun rəsmi saytında yerləşdiriləcək. Bundan başqa, problemli kreditlərlə bağlı məlumatlar kreditlərin alındığı müvafiq banklara ötürüləcək.