Abbasov erməniyə qalib gəldi, 3 güləşçimiz yarımfinalda - YENİLƏNİR


İdman 12 Apr 2019 16:52:00 278 0

Abbasov erməniyə qalib gəldi, 3 güləşçimiz yarımfinalda - YENİLƏNİR

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Goal.az-ın məlumatına görə, bu gün yunan-Roma güləşi üzrə yarışlara start veriləcək.

İlk olaraq 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər döşək üzərinə çıxacaqlar.

Bütün pəhləvanlarımız mübarizəyə təsnifat mərhələsindən başlayacaqlar.

55 kq

Eldəniz Əzizli ilk görüşündə serbiyalı Sebastyan Kolomparı döşək üzərinə çıxamağına peşman edib - 9:0. Əzizli 1/4 finalda Nuqzari Tsurtsumianı (Gürcüstan) da eyni hesabla məğlub edib. Yarımfinala adlayan güləşçimizin final yolundakı son rəqibi rusiyalı Vitali Kabaloyev olacaq.

63 kq

Taleh Məmmədov isə mübarizəyə Donior İslamovla (Moldova) start verib. Rəqibini 8:3 hesabı ilə məğlub edən idmançımız 1/4 finalda da rumıniyalı Mixai Mihutuya çətinliklə qalib gəlib - 8:7. Məmmədov yarımfinalda Stiq-Andre Berge (Norveç) ilə qarşılaşacaq.

77 kq

Elvin Mürsəliyev ilk görüşündəcə gözlənilmədən alman Roland Şvartsa yenilib - 0:6.

87 kq

Elvindən fərqli, İslam Abbasov almanla dueldən qalib ayrılıb. Belə ki, Denis Kudlanla görüş 1:1 hesabı ilə nəticələnsə də, qələbə idmançımıza verilib. Abbasov 1/8 finalda Rusiya təmsilçisi Davit Çakvetadze üzərində çətin qələbə qazanıb - 2:1. Pəhləvanımız 1/4 final mərhələsində ermənistanlı Maksim Manukyana heç bir şans verməyib (6:1) və yarımfinala yüksəlib. Abbasovun bu mərhələdəki rəqibi isə Belarus təmsilçisi Mikalay Stadub olacaq.

130 kq

Sabah Şəriəti də yarışa qələbə ilə başlayıb. O, təsnifat mərhələsində Stepan Davidi (Çexiya) üstələyib - 7:1. Lakin güləşçimiz 1/8 finalda 8 qat Avropa çempionu Rıza Kayaalp (Türkiyə) səddinə ilişib - 0:5.

Bundan əlavə ötən gün mübarizəyə başlamış qadın güləşçilərdən üçü də medal uğrunda yarışa çıxacaqlar.

57 kq

Alyona Kolesnik təsəlliverici görüşdə rumıniyalı Denis Fodorla qarşılaşacaq.

62 kq

Tatyana Omelçenko yarımfinalda Taybe Yuseini (Bolqarıstan) sınağa çəkəcək.

65 kq

Elis Manalova “qızıl” uğrunda yarışacaq. Onun sonuncu rəqibi rumıniyalı Krista İnçe olacaq.

***

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu günyunan-Roma güləşi üzrə yarışa start veriləcək.

Goal.az xəbər verir ki, 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq çəki dərəcələrində çıxış edən güləşçilər döşək üzərinə çıxacaqlar. 

Bütün çəkilərdə təmsil olunan Azərbaycan pəhləvanları mübarizəyə təsnifat mərhələsindən başlayacaqlar.

55 kq

Təsnifat. Eldəniz Əzizli - Sebastyan Kolompar (Serbiya)

63 kq

Təsnifat. Taleh Məmmədov - Donior İslamov (Moldova)

77 kq

Təsnifat. Elvin Mürsəliyev - Roland Şvarts (Almaniya)

87 kq

Təsnifat. İslam Abbasov - Denis Kudla (Almaniya)

130 kq

Təsnifat. Sabah Şəriəti - Stepan David (Çexiya).