“Moody's” Azərbaycanın reytinqini təsdiqləyib


Digərləri 12 Apr 2019 16:14:47 205 0

“Moody's” Azərbaycanın reytinqini təsdiqləyib

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb

Bakı. Azad Həsənli - “Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb. Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir. “Moody's” reytinqin eyni səviyyədə qalmasını davam edən fiskal islahatlar fonunda hökumətin kredit mövqeyinin möhkəmlənməsi və bank sektorunda risklərin azalması ilə izah edir.