İnter-də Mourinyoya görə fikir ayrılığı yarandı


İdman 12 Apr 2019 16:00:00 266 0

İnter-də Mourinyoya görə fikir ayrılığı yarandı

İtaliyanın İnter klubunda Joze Mourinyonun baş məşqçi postuna dönüşü ilə bağlı fikir ayrılığı yaranıb.

Goal.az “Le10sport” portalına istinadən xəbər verir ki, Milan təmsilçisinin prezidenti Stiven Çjan 57 yaşlı portuqaliyalı mütəxəssisin komandaya əvvəlki şöhrətini qaytaracağına inanır. İnter-in baş direktoru Cüzeppe Marotta isə baş məşqçi postuna italiyalı Antonio Kontenin dəvət olunmasının tərəfdarıdır.

İnter A seriyasında 31 turdan sonra 57 xalla 3-cü pillədə qərarlaşıb. Klub rəhbərliyi mövsümün sonunda baş məşqçi Luçano Spalettini istefaya göndərməyi planlaşdırır.

Qeyd edək ki, Mourinyo İnter-in baş məşqçi postunda 2008 - 2010-cu illərdə çalışıb. Komanda onun rəhbərliyi altında ilk mövsümdə İtaliya çempionu olub. O həmçinin 2010-cu ildə Milan təmsilçisi ilə UEFA Çempionlar Liqasını da qazanıb.