DOST Agentliyinə könüllülərin seçimi keçirilib


Digərləri 12 Apr 2019 16:08:32 183 0

DOST Agentliyinə könüllülərin seçimi keçirilib

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərində könüllülük fəaliyyətinin təşkili prosesinə start verilib.

Bakı. DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərində könüllülük fəaliyyətinin təşkili prosesinə start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu sahədə işlər nazirlik və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair 2018-ci il 28 avqust tarixində imzalanmış Memorandum əsasında aparılır. ASAN Könüllülük Məktəbinin “Master 2” proqramı çərçivəsində DOST Agentliyində təcrübə keçəcək könüllülərin seçimi keçirilib.