Nazirlik gəncləri “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna qoşulmağa çağırır


Digərləri 12 Apr 2019 15:51:00 257 0

Nazirlik gəncləri “Təbiəti könüllü qoruyaq” könüllülər qrupuna qoşulmağa çağırır

Seçilmiş namizədlərdən gələcəkdə Nazirliyin kadr heyətinin formalaşdırılması nəzərdə tutulur ki, bu da gənclərin iş həyatına uğurlu bir keçid fürsəti yaradacaq.

Bakı. Samir Əli - Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”na və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışına əsaslanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəncləri “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupuna qoşulmağa çağırır. Trend-in məlumatına görə, bunu bu gün Ekologitəya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işləri aparacaq, əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcək və seçilənlərə xüsusi sertifikatlar veriləcək: