AZAL prezidenti Batumi meri ilə görüşüb (FOTO)


Digərləri 12 Apr 2019 15:55:56 258 0

AZAL prezidenti Batumi meri ilə görüşüb (FOTO)

Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.

Bakı. Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mer səfər çərçivəsində AZAL prezidenti Cahangir Əsgərovla görüşüb. Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.