Nazir müavini: Meşə və qeyri-meşə fondu ərazilərində 550 mindən çox ağac əkilib


Digərləri 12 Apr 2019 15:41:00 175 0

Nazir müavini: Meşə və qeyri-meşə fondu ərazilərində 550 mindən çox ağac əkilib

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirir.

Bakı. Samir Əli - Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətlərinin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə respublika ərazisində ağacəkmə aksiyalarını davam etdirir. Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, bu günədək aksiya çərçivəsində respublika ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 60 mindən çox müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac əkilib: