Qida Təhlükəsizliyi Agentliyi qurum adından rüşvət toplayan şəxslərin görüntülərini yayıb (FOTO/VİDEO)


Digərləri 12 Apr 2019 15:47:00 262 0

Qida Təhlükəsizliyi Agentliyi qurum adından rüşvət toplayan şəxslərin görüntülərini yayıb (FOTO/VİDEO)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurum adından rüşvət toplayan şəxslərin görüntülərini yayıb.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurum adından rüşvət toplayan şəxslərin görüntülərini yayıb. Agentlikdən Trend-ə bildiriblər ki, son günlər AQTA-ya qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olub. Daxil olmuş növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini Agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb. Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxslərin və istifadə etdikləri minik avtomobilinin foto və video görüntülərinin əks olunduğu müəyyən olunub.