Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq


Dünya 12 Apr 2019 15:37:00 243 0

Özbəkistanda qadınlar hərbi xidmətə çağırılacaq

Özbəkistan Müdafiə Nazirliyi qadınların müqavilə əsasında hərbi xidmətə çağırışını elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hərbi xidmət keçmək istəyən qadınlar tibbi təhsil barədə orta-ixtisas diplomu təqdim etməlidir.

Qeyd olunur ki, 18-22 yaşlı, boyu 170 santimetrdən aşağı olmayan qadınlar hərbi xidmət üçün müraciət edə bilər.