19 yaşında Avroliqa rekordçusu oldu


İdman 12 Apr 2019 15:18:00 240 0

19 yaşında Avroliqa rekordçusu oldu

Avropa Liqasının 1/4 final mərhələsində Eintracht-la keçirilən oyun Benfica-nın yarımmüdafiəçisi Joao Feliks üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 4:2 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edən və 1 məhsuldar ötürmə edən portuqaliyalı futbolçu bununla Avroliqanın tarixinə düşüb.

O, turnirdə het-trik edən ən gənc oyunçu adına yiyələnib. Buna 19 yaş 152 günlüyündə nail olan futbolçu Marko Pyaçanın Zaqreb Dinamo-sunda çıxış edərək (19 yaş 219 günlük) Celtic-ə vurduğu qolla müəyyənləşdirdiyi rekordu qırıb.