“Yoldaşımın nəslinin ayağının altı da ola bilmərsən”


Digərləri 12 Apr 2019 15:19:00 206 0

“Yoldaşımın nəslinin ayağının altı da ola bilmərsən”

Demirəm ki, hamı məni sevməlidir. Bu, normal haldır. Sənətdə olan insanların 5 dostu varsa, 10 düşməni var. Ancaq sərhəd var, onu keçməmək lazımdır.

Son.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib.

O, ötən günlərdə izləyicilərindən birinin onun ünvanına şər atmasını həzm etməkdə çətinlik çəkdiyini söyləyib:

"Özümə polis şöbəsində izahat yazmağı yaraşdırmıram. Buna həm vaxt, həm də səbr lazımdır. Həyat tərzimiz elədir ki, hər gün qaça-qaçdayıq. Mənim yerimə kimsə bir saatlıq gəlib otursa, havalanar. Belə işlərlə qarşılaşanda çox sarsıntı keçirirəm.  Son günlərdə isə anam yaşında bir qadının çox aşağı, səviyyəsiz və eyib olan sözlərlə məni alçaltmaq istəyi özümdən çıxmağıma rəvac yaratdı. Tez reaksiya verən insanam. İndiyədək nə ailəmdə, nə də tanışlarımda kimisə görməmişəm ki, başqasına pis rəy yazsın".

Fətəliyeva ünvanına pis rəy yazanları xainlikdə günahlandırıb: