Lord Devid Evans: "Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır"


Siyasət 12 Apr 2019 14:57:00 246 0

Lord Devid Evans: "Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır"

Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji xarakter daşıyır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü Devid Evans Bakıda "Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi" kitabının təqdimat mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır.

D.Evansın sözlərinə görə, Azərbaycan-Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələrə, sabit, etibarlı tərəfdaşlığa və investisiyalara əsaslanır:

"Azərbaycanda 500 Böyük Britaniya şirkəti fəaliyyət göstərir. SOCAR ilə BP arasında imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın zəngin enerji resurslarını dünyaya açdı və iqtisadiyyatın inkişafına mühüm töhfə verdi".

Lord bildirib Azərbaycan-Böyük Britaniya dostluğu hər iki tərəf üçün faydalıdır: "İki ölkə arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq mövcuddur".