Elina üçün 162 saylı məktəbin həyətində anım mərasimi keçirilir VİDEO FOTO


Digərləri 12 Apr 2019 14:43:00 269 0

Elina üçün 162 saylı məktəbin həyətində anım mərasimi keçirilir  VİDEO  FOTO

Bu gün aprelin 4-də özünü Bakıda yerləşən 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın xatirəsi anılıb.

Son.az-ın news24.az-a istinadən məlumatına görə, məktəbin həyətinə səhər saatlarından etibarən onlarla insan toplaşaraq Elinanın ölümündən təəssüf hisslərini ifadə ediblər.

İştirakçılar məktəbin darvazasına yumşaq oyuncaqlar, güllər qoyaraq Elinanın xatirəsini yad ediblər.