İlon Maskdan yeni möhtəşəm nəticə VİDEO FOTO


Digərləri 12 Apr 2019 14:16:00 260 0

İlon Maskdan yeni möhtəşəm nəticə  VİDEO  FOTO

Amerikalı milyarder "SpaceX" korporasiyası "Falcon Heavy" superağır daşıyıcı raketinin ilk kommersiya buraxılışını uğurla həyata keçirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, raket "Arabsat-6A" telekommunikasiya peykini orbitə çıxarıb.

Missiyaneın ikinci hissəsi də uğurlu olub - ilk pillənin 3 sürətləndiricisinin hamısı sonradan buraxılışlarda istifadə olunmaq üçün eniblər.

İki yan sürətləndirici start yerindən kənardakı LZ-1 və LZ-2 zonalarına, mərkəzi hissəsi isə Atlantik okeandakı "Of Course I Still Love You" dəniz platformasına enib.

"Arabsat-6A" peykini daşıyan "Falcon Heavy" raketi bu gecə ABŞ-dakı Kanaveral burnunda yerləşən Kennedi adına kosmodromdan, LC-39A meydançasından kosmosa buraxılıb.


Xəbərə aid fotolar