Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub (FOTO)


Digərləri 12 Apr 2019 13:36:00 230 0

Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub (FOTO)

Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib.

Bakı. Elçin Mehdiyev - Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın "Senate Publishing" nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. R.Hüseynzadə bildirib ki, bu kitabda Azərbaycan ilə Böyük Britaniya arasındakı münasibətlərin bütün sahələrinə dair məlumatlar yer alıb. Xarici işlər nazirinin müavini Ramiz Həsənov isə çıxışında Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. R.Həsənov bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var: "Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir". Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycan və Böyük Britaniya münasibətləri digər Avropa ölkələri üçün nümunədir. "Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans isə çıxışında qeyd edib ki, Azərbaycanda Böyük Britaniyanın 500-ə yaxın şirkəti fəaliyyət göstərir: "Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək". FOTO: Zaur Mustafayev Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin