Poçt göyərçini fantastik qiymətə satıldı


Digərləri 12 Apr 2019 12:22:00 233 0

Poçt göyərçini fantastik qiymətə satıldı

Belçikada poçt göyərçini rekord qiymətə - 1,2 milyon avroya satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Armando" adlı göyərçini kimliyi açıqlanmayan çinli milyonçu alıb. Poçt göyərçini gündəlik 1100 kilometrdən çox məsafə qət edə bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrə yaxındır. Maksimal sürəti isə saatda 150 kilometrə çatır.

Ticarət sessiyasında ümumilikdə iki milyon avro məbləğində 178 Flandriya göyərçini satılıb.