Poçt göyərçini fantastik qiymətə satıldı


Digərləri 12 Apr 2019 12:14:00 273 0

Poçt göyərçini fantastik qiymətə satıldı

Poçt göyərçini fantastik qiymətə satıldı.

Bakı. Belçikada poçt göyərçini rekord qiymətə - 1,2 milyon avroya satılıb. Trend-in "Azərpoçt" MMC-nin saytına istinadən verdiyi məlumata görə, "Armando" adlı göyərçini kimliyi açıqlanmayan çinli milyonçu alıb. Poçt göyərçini gündəlik 1100 kilometrdən çox məsafə qət edə bilir. Onun orta uçuş sürəti saatda 90 kilometrə yaxındır. Maksimal sürəti isə saatda 150 kilometrə çatır.