Galatasaray-da yeni müqavilə


İdman 12 Apr 2019 11:34:00 221 0

Galatasaray-da yeni müqavilə

Galatasaray norveçli futbolçusu Martin Linneslə yeni müqavilə bağlayıb.

Goal.az-ın klubun saytına istinadən məlumatına görə, 27 yaşlı müdafiəçi ilə olan sazişin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.

Skandinaviyalı bir mövsüm üçün 1 milyon 400 min avro maaş alacaq.

Qeyd edək ki, Linnes 2016-cı ildən İstanbul klubundadır.