“İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalanıb


Digərləri 12 Apr 2019 11:15:00 220 0

“İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə əmr imzalanıb

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən "İmmunlaşdırma həftəsi"nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi"nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.