Evdən 2 qardaşın meyiti tapıldı


Digərləri 12 Apr 2019 11:02:00 191 0

Evdən 2 qardaşın meyiti tapıldı

Bakıda iki qardaşın meyiti tapılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşları aprelin 11-i saat 22 radələrində Babək prospekti 90 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Məhəmmədoviçin və onun qardaşı, 1979-cu il təvəllüdlü Məhərrəmov Yuriy Məhəmmədoviçin meyitini aşkar ediblər.

Xətai Rayon Prokurorluğu tərəfindən meyitlərə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.

İlkin araşdırma zamanı, qardaşların narkotik maddələrin aludəçisi olması müəyyən edilib.