Keyn üçün mövsüm bitdi


İdman 12 Apr 2019 10:52:00 261 0

Keyn üçün mövsüm bitdi

İngiltərə millisinin və Tottenham-in futbolçusu Harri Keyn üç ay müddətinə sıradan çıxıb. 

Goal.az-ın "The Telegraph" nəşrinə istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu Çempionlar Liqasında Manchester City-yə 1:0 hesabı ilə qalib gəldikləri ilk 1/4 final matçında sol ayaq topuğunun yan bağlarından xəsarət alıb. O, mövsümün qalan hissəsini buraxmalı olacaq. Keyn UEFA Millətlər Liqasının final mərhələsində də iştirak etməyəcək. 

Tottenham-in yetirməsi sayılan Keyn bu mövsüm İngiltərə Premyer Liqasındakı 28 matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda London təmsilçisi Premyer Liqada 32 oyundan 64 xalla 4-cü pillədə qərarlaşıb. Manchester City və Tottenham arasında cavab görüşü aprelin 17-də "Etihad" stadionunda keçiriləcək. 

Qeyd edək ki, Harri Keyn Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatında 6 qolla bombardir olub.