Tailandda avtobus qatarla toqquşdu - 6 ölü, 9 yaralı


Digərləri 12 Apr 2019 10:38:57 199 0

Tailandda avtobus qatarla toqquşdu - 6 ölü, 9 yaralı

Tailandın Lopburi şəhərində sərnişin daşıyan mikroavtobusun hərəkətdə olan qatarın yoluna çıxması ağır qəzaya səbəb olub.

Bakı. Tailandın Lopburi şəhərində sərnişin daşıyan mikroavtobusun hərəkətdə olan qatarın yoluna çıxması ağır qəzaya səbəb olub. Trend-in məlumatına görə, qəza nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər ağır yaralanıb. Məlumata görə, hadisə səhər saatlarında baş verib. Şlaqbauma məhəl qoymadan dəmir yolu xəttinə çıxan avtobusu qatarın sürücüsü görsə də, qatarı saxlamaq mümkün olmayıb. Toqquşma nəticəsində avtobus beton plitələrə çırpılıb.