Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb


Digərləri 12 Apr 2019 10:16:00 254 0

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.

DSMF-dən Son.az-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 mln. manat) artaraq 1276,8 mln. manat olub.

İşləyən əhalinin sosial sığorta sistemində iştirak səviyyəsinin artmasının göstəricisi kimi, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 12,9 faiz (65,3 mln. manat) artaraq, 573,5 mln. manat təşkil edib.