Kapital Bank 2019-cu ilin I rübünün nəticələrini elan edib


Digərləri 12 Apr 2019 10:09:00 228 0

Kapital Bank 2019-cu ilin I rübünün nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 aprel 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib.

Bakı. Kapital Bank-ın aktivləri 1 aprel 2019-cu il tarixinə 3,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,5 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2019-cu il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə artaraq 1 milyard manat təşkil edib. Bankın 1 aprel 2019-cu il tarixinə tutulmalardan sonra məcmu kapitalı 391,2 milyon manat, adi və imtiyazlı səhmlər isə 225,8 milyon manat təşkil edir.