Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb


Digərləri 12 Apr 2019 09:50:00 332 0

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7  faiz artıb

Sosial sığorta haqları üzrə daxilolmalarda artım 12,9 faiz təşkil edib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib. DSMF-dən Trend-ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 mln. manat) artaraq 1276,8 mln. manat olub.