Quba-Xınalıq yolunda hərəkət bərpa olunub


Digərləri 12 Apr 2019 09:52:00 254 0

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.

Bakı. Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur.