Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edilib


Digərləri 12 Apr 2019 09:57:00 245 0

Bakıda bu ərazilərdə sarı kəsişmə toru nişanlanması təşkil edilib

74 yol kəsişməsi pilot layihəsinin icrası davam etdirilir.

Bakı. 74 yol kəsişməsi pilot layihəsinin icrası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda işlər S.Vurğun, M. Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, R.Behbudov, S.Rüstəm, Kiçik Dəniz küçələri, Azadlıq və Bülbül prospektlərini əhatə edən 20 kəsişmədə icra edilir. Görülən işlər çərçivəsində qeyd edilən kəsişmələrdə yeni yol nişanları quraşdırılır, mövcud çatışmazlıqlar aradan qaldırılır. İşlər ümumilikdə 120 ədəd yol nişanı üzərində aparılır.