Daha 222 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək


Digərləri 12 Apr 2019 09:45:53 272 0

Daha 222 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Bu vaxta qədər 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü kimi, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul edilib. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.