Çində daşqınlar nəticəsində 5 nəfər ölüb


Dünya 12 Apr 2019 08:52:00 209 0

Çində daşqınlar nəticəsində 5 nəfər ölüb

Çinin Şençjen şəhərində qəfil yağan yağışların törətdiyi daşqınlar nəticəsində 5 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində həmçinin 6 nəfər itkin düşüb. Su axını Loxu və Futyan rayonlarında çay boyu işləyən işçiləri aparıb.