2020ci ildə Rusiyada "tax free" sistemində elektron çeklər tətbiq oluna bilər


Dünya 12 Apr 2019 08:59:00 219 0

2020ci ildə Rusiyada "tax free" sistemində elektron çeklər tətbiq oluna bilər

Rusiya Maliyyə Nazirliyinin hazırladığı qanun layihəsinə əsasən, xarici vətəndaşlara ölkə ərazisində ödədikləri əlavə dəyər vergisini qaytarmağa imkan verən "tax free" sistemində elektron çeklər 2020-ci ilin iyul ayından tətbiq oluna bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qanun layihəsində xarici ölkə vətəndaşları olan fiziki şəxslərin ödədikləri əlavə dəyər vergisinin qarşılığı olaraq kompensasiya almaları üçün onların mal aldıqlarını təsdiq edən sənədin elektron formada verilməsi nəzərdə tutulur. Bundan əlavə, qanun layihəsində göstərilib ki, "tax free" sisteminin iştirakçısı olan mağaza ilə Federal Vergi Xidməti və Federal Gömrük Xidməti arasında elektron sənəd dövriyyəsi təşkil ediləcək.