"Simpsonlar" cizgi filmi özünün qürub dövrünü yaşayır


Digərləri 12 Apr 2019 08:12:00 357 0

"Simpsonlar" cizgi filmi özünün qürub dövrünü yaşayır

30 ildir ki "Simpsonlar" cizgi filmində Liza adlı qəhrəmanı səsləndirən aktrisa Yeardley Smith hesab edir ki, filmin buraxılışını dayandıracaqlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın "The Hollywood Reporter" jurnalı yazıb.

Aktrisa bildirir ki, "Simpsonlar" ailəsi qürub dövrünü yaşayır, çünki Fox telekanalında translyasiya olunan serialın hüquqları "21st Century Fox" holdinqindən "Disney" kinostudiyasına ötürülüb.

"Mən səhv edə bilərəm, ancaq hiss edirəm ki, onlar serialı bağlayacaqlar", - deyə Y. Smith əlavə edib.