Azərbaycanda nar istehsalı və ixracı artırılacaq


Digərləri 12 Apr 2019 08:07:00 261 0

Azərbaycanda nar istehsalı və ixracı artırılacaq

2019-cu ildə Azərbaycanda nar istehsalı 7-10 faiz artacaq.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.

F.Qaraşovun sözlərinə görə, ölkədə nar məhsullarının istehsalı ilə məşğul olan 15 müəssisə 2018-ci ildə 60-70 min ton nar emal edib.

İxrac barədə danışan assosiasiya rəhbəri bildirib ki, bu il xarici bazarlara çıxacaq məhsulun 12-15 min tonadək artacağı gözlənilir.