Faiq Ağayev görməmiş müğənniləri tənqid etdi "Varlı olmaq, insan olmaq deyil"


Şou-biznes 12 Apr 2019 05:30:00 350 0

Faiq Ağayev görməmiş müğənniləri tənqid etdi  "Varlı olmaq, insan olmaq deyil"

Xalq artisti Faiq Ağayev Xəzər televiziyasında yayımlanan verilişlərin birində söylədiyi fikirləri ilə yadda qalıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Cənab qızıl şlyaqer" öz həmkarlarını sərt şəkildə tənqid edib. O, onları görməmişlikdə günahlandırıb:

"Azərbaycan müğənniləri arasında bəlkə də bahalı maşın sürənlərdən biri mənəm. Amma siz nə vaxtsa görmüsünüz mən maşınımı reklam edim? Yaxud siz görmüsünüz ki, mən hansısa çəkilişi evimə dəvət edim mənim qarderobumu, vanna otağındakı xalçamı çəksinlər? İnsan hər zaman gözü tox olmalıdır.

İndi peşəkar olmaq dəbdə deyil, pullu olmaq dəbdir. Heç kim mütəxəssiz olmaq istəmir. Dərd ondadır".