Məşhur alim xərçəngin əsl səbəbini açıqladı: "Qışda badımcan və yumurta yesəniz..."


Digərləri 11 Apr 2019 23:22:00 291 0

Məşhur alim xərçəngin əsl səbəbini açıqladı: "Qışda badımcan və yumurta yesəniz..."

Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.

Bildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə edilməlidir.

Şəkərli və qazlı içkilər

"Bu tip içkilər spirtli içki qədər zərərli deyil. Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu verə bilərsiniz".

Yumurta

"İnsan bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır. 1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını tapın".

Yağ

"Mənim həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş olmalıdır.

Xolestrol