İslam müqəddəslərinin doğum və şəhadət günlərində oruc tutmaq olarmı?


Digərləri 11 Apr 2019 23:15:00 304 0

İslam müqəddəslərinin doğum və şəhadət günlərində oruc tutmaq olarmı?

Şəriətə görə, iki gündən - Qurban və Fitr bayramı günlərindən başqa istənilən gündə oruc tutmaq müstəhəbdir. Şiə məzhəbinə görə, aşura günü də oruc tutmaq məkruhdur (bəyənilmir).

Son.az islam.az-a istinadən bildirir ki, qalan hər hansı gündə oruc tutmaq olar və yaxşı əməl sayılır. İslam müqəddəslərinin doğum günlərində Allahın ümmətə bu cür nümunəvi rəhbərlər bəxş etməsinə şükür niyyəti ilə oruc tutmaq bəyənilir. Şəhadət günlərində oruc tutarkən isə, bunu hüzn və kədər niyyəti ilə etmək lazımdır. Həmin günlərdə müqəddəslərin həyat tarixini öyrənmək, onlarla bağlı ibrətli hadisələri və müqəddəslərin hədislərini oxumaq, məscidlərdə bu günlərlə bağlı edilən moizələri dinləmək savabdır.