İmam Hüseynin bütün həyatı izzətinəfsin ən üstün nümunəsidir


Digərləri 11 Apr 2019 23:20:00 294 0

İmam Hüseynin bütün həyatı izzətinəfsin ən üstün nümunəsidir

İmam Hüseyn (ə) buyurur: "Ziyadın oğlu - bu nakəs məndən istəyir ki, ikisindən birini seçim: ya zillətə boyun əyim və ya da qılınca. Bizim "heyhat minnaz-zillət"imiz hara, zillətə boyun əyməyimiz hara? Allah razı olmaz zillətə boyun əyək". İmam (ə) bu nurani kəlamları ilə bildirmək istəyir ki, nəinki şəxsi hissləri belə deyir, Həzrətin (ə) keçdiyi məktəb ona bu icazəni vermir. Yəni, ona bu icazəni nə Allah verir, nə Peyğəmbər (s) verir, nə İmam Əli (ə) verir, nə də Həzrət Fatimə (s.ə) verir.

Ona görə də İmam (ə) buyurur: "İzzətlə ölmək, zillətlə yaşamaqdan daha yaxşıdır".

İmam (ə) demir ki, gedək və ibn Ziyada boyun əyək, sonra nə olursa-olsun. İmam (ə) buyurur ki, heç bir zaman zillətə boyun əyməz, bu, istəyir ibn Ziyad (lən) olsun, istərsə də Yezid (lən).

Son.az deyerler.org-a istinadən bildirir ki, Hürr İmamla (ə) görüşəndən sonra onu Kufəyə tərəf aparmaq istəyir, ancaq İmam (ə) imtina edir. Çünki zillətə boyun əymək istəmir. Hürr İmamı (ə) Kufədə həbs etmək istəyirdi. İmam (ə) ona buyurur ki, mən gəlmərəm.