"Bizim davamçılarımıza əmr edin ki..."


Digərləri 11 Apr 2019 22:20:00 265 0

"Bizim davamçılarımıza əmr edin ki..."

İmam Hüseyn (ə) nəql edir: "Mən Peyğəmbərin (s) yanına gəldim və Həzrət (s) mənə buyurdu: "Afərin sənə, ey Əba Abdullah! Ey səmanın və yerin zinəti!".

Orada olan şəxs dedi: "Ya Rəsulallah! Necə ola bilər sizdən başqa birisi səmanın və yerin zinəti olsun?".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (s) buyurdu: "And olsun o Kəsə ki, məni haqq olaraq peyğəmbər məbus etmişdir! Hüseyn ibn Əlinin (ə) səmadakı məqamı yerdə olan məqamından daha yüksəkdir. Həqiqətən də İlahi əşrdə yazılmışdır: "Hüseyn (ə) - hidayət çırağı və nicat gəmisidir"". (Həvzəh)

Həzrət İmam Baqir (ə) buyurur: "Bizim davamçılarımıza əmr edin ki, Hüseynin (ə) qəbrinin ziyarətinə getsinlər. Çünki Hüseynin (ə) qəbrini ziyarət etmək ruzini artırar, ömrü uzadar və təhlükəli hadisələrin qarşısını alar".