Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə!


Digərləri 11 Apr 2019 21:53:00 215 0

Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə!

Tələbələrin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək.

Bu açıqlama Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında verilib. İclasda Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabat verilib. Fondun icraçı direktoru Fərid Cəfərov bildirib ki, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini rəhbərlik etdiyi qurum maliyyələşdirəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, maliyyələşdiriləcək ixtisaslar və ali təhsil müəssisələrinin siyahısı yaxın vaxtlarda bəlli olacaq. Sonrakı illərdə bu siyahı daha da genişləndiriləcək. Fərid Cəfərov müəyyən kateqoriyaya aid olan istedadlı tələbələrin təhsilhaqqı borclarının ödənilməsindən də danışıb. İcraçı direktor vurğulayıb ki, bu il də sözügedən layihənin icrası nəzərdə tutulub.