Dünyanın ilk geyilə bilən elastik telefonu


Digərləri 11 Apr 2019 21:55:00 220 0

Dünyanın ilk geyilə bilən elastik telefonu

Samsung və Huawei şirkətlərinin qatlana bilən smartfonları sizi qane etmədisə Nubianın sizə bir sürprizi var. Çünki şirkət, dünyanın ilk geyilə bilən elastik ağıllı smartfonunu Nubia Alfanı tanıtdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, qatlana bilən smartfon anlayışları uzun illərdir müzakirə edilir; içə ya da çölə qatlana bilən telefonlar, L şəklində qatlanıb holoqrafik görünüş təqdim edən telefonlar ya da bilərzlik kimi qolumuza taxa biləcəyimiz telefonlar. Kitab bənzəri içə və xaricə qatlanan smartfon anlayışlarını Samsung və Huaweidən gördük. Holoqrafik görünüş təqdim edəcək bir qatlana bilən ekranlı telefon hələ çıxmayıb.